İstanbulda qızıl qaçaqmalçılığına görə Azərbaycan vətəndaşları saxlanılıb

İstanbulda qızıl qaçaqmalçılığına görə Azərbaycan vətəndaşları saxlanılıb. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, adları çəkilməyən iki Azərbaycan vətəndaşı Türkiyədə 30 kiloqramdan artıq təmiz qızılla saxlanılıb.
 
Saxlanılanlar zərgər olduqlarını deyiblər. Qəzet yazır ki, Türkiyədə qızıl Azərbaycana nisbətən baha olduğundan əllərində olan məmulatları əridərək satış məqsədilə İstanbula qanunsuz gətiriblər.

Google+ WhatsApp ok.ru