Sumqayıtda ağır qəza: dəmir arakəsmə maşını iki yerə böldü 16 Oktyabr 2015 01:00 Hadisə Ötən gün axşam saatlarında Bakı-Sumqayıt yolunda ağır qəza baş verib. APA TV-nin məlumatına görə, 44 yaşlı Eminov Mirməcid Mirəhəd oğlunun idarə etdiyi "Tofaş" markalı minik maşını dəmir arakəsmələrə çırpılıb. Qəza zamanı dəmir arakəsmələr avtomobilin ön hissəsindən girərək arxa tərəfindən çıxıb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Qəza yerinə gələn nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlığın köməyi ilə sürücünü avtomobildən çıxararaq təcili yardıma təhvil veriblər. Ağır şəkildə yaralanan sürücü Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. / Teqlər : #Sumqayıtda ağır qəza: dəmir arakəsmə maşını iki yerə böldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda daha bir intihar cəhdinin qarşısı alınıb Günel Mövludun qardaşları barədə 3 və 4 aylıq həbs qərarı çıxarılıb