Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib 07 Avqust 2020 13:17 Hadisə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğında 7 nəfər xəsarət alıb. Maide.Az -ın məlumatına görə, yaralılardan 6-ı Bakıya gətirilib. Biri isə Sumqayıtda Təcili Tibbi Xəstəxanasına yerləşdirilib. TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva APA-a deyib ki, Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb. Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”. Teqlər : #Sumqayıtdakı,#yanğında,#yaralanların,#6sı,#Bakıya,#gətirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəlilabadda məktəb yanıb Azərbaycanda zəlzələ oldu