Sumqayıtda partlayış: 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb 14 Yanvar 2015 02:00 Hadisə Sumqayıtda yanğınla nəticələnən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Maide.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlmiş və ev deformasiyaya uğrayıb. Yanğın zamanı ev sahibinin qızı 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub, 2 nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb. / Teqlər : #Sumqayıtda partlayış: 1 nəfər ölüb,#2 nəfər xəsarət alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aramsız yağışlar daşqınlara səbəb oldu Bakıda piyada keçidində yerləşən çayxanada yanğın olub