Sumqayıtda qətl hadisəsi baş verib 30 İyul 2014 01:00 Hadisə Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 28-də Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində qəsəbə sakini əvvəllər məhkum olunmuş Kamil Məmmədov münaqişə zəminində həmyerlisi Rasim Əliyevə bıçaqla xəsarət yetirib. R. Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən K. Məmmədov tutulub. Fakt üzrə araşdırma aparılır. Teqlər : #Sumqayıtda qətl hadisəsi baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda bir kənd yasa batdı Bakıda qəza: ölünü qaçırdılar