Sumqayıtda sərnişin avtobusuna `kənardan daş atılaraq şüşələri` sındırılıb

Sumqayıtda sərnişin avtobusuna `kənardan daş atılaraq şüşələri` sındırılıb

-- Hadisə nəticəsində xəsarət alan olmayıb

"Sumqayıta gedən avtobusa daş atılıb, atəş açılmayıb", Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya bildiririb.
 
Onun sözlərinə görə, axşam saatlarında 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb:
 
"Hadisə nəticəsində heç cüzi xəsarət alan da olmayıb. Hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir".
 
Hadisənin törədilmə səbəbinə gəlincə, Eldar Sultanov olayı bir müddət öncə Bakı-Sumqayıt qatarının daşa basılması hadisəsi ilə eyniləşdirib:
 
"Qatarı niyə daşa basırdılar? Avtobusa qarşı da belə davranıblar. İnzibati xətadlr və bunu edənlərin müəyyənləşdirəcəklər".
 
O, sosial şəbəkələrdə avtobusa atəş açılması xəbərinin yayılmasını "təxribat" adlandırıb.
 
Bundan əvvəl sosial şəbəkələrdə yayılan məlumatlarda avtobusun silahla atəşə tutulduğunu və yaralananların olduğunu deyilirdi.
 
Yerli sakinlərin BBC Azərbaycancaya verdiyi məlumata görə, polis hadisə yerini mühasirəyə alıb və vətəndaşları əraziyə buraxmayıb.
 
Digər bir sakin isə hadisə yerinin hazırda təmizləndiyini bildirib.
 

Google+ WhatsApp ok.ru