Təbii fəlakətlər 2 milyondan çox adamı yerindən edib 29 Mart 2019 14:25 Hadisə Ümumdünya Meteorologiya Təşkilatı 2018-ci il üzrə iqlim hesabatı yayıb. Maide.Az Novator.az-a istinadən xəbər verir ki, hesabatda qeyd olunur ki, 2018-ci ildə 62 milyon təbii fəlakətlərin təsirinə məruz qalıb. Fəlakətlərin çoxunun ekstremal hava durumu ilə bağlı olduğu vurğulanır. Hesabata əsasən, ötən il 35 milyon insan daşqınlardan zərər çəkib, Avropa, Yaponiya, ABŞ-da meşə yanğınları və güclü istidən isə 1,6 mindən çox adam həlak olub. Təbii fəlakətlərin 24 milyard ABŞ dolları həcmində ziyan vurduğu bildirilir. İqlim sarsıntılarının miqrasiyaya təsiri də hesabatda yer alır. Ötən ilin payına düşən 17,7 milyon məcburi köçkünün 2 milyondan çoxunun təbii fəlakətlər səbəbindən evini tərk etməyə məcbur olduğu qeyd edilir. Teqlər : #Təbii,#fəlakətlər,#milyondan,#çox,#adamı,#yerindən,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda avtobus qəzaya uğrayıb, yaralılar var Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, yaralananlar var - YENİLƏNİB