TƏBİB-dən 14 gün açıqlaması 11 Mart 2020 16:00 Sağlamlıq TƏBİB Azərbaycana gələnlər üçün "14 gün" qaydasının detallarını açıqlayıb. Maide.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, vətəndaşlardan həmin qaydalara riayət etmələri tələb olunur. Qaydalara əsasən, ölkə xaricindən gələnlər 14 günü ev şəraitində keçirməlidirlər. Olduqları məkan tez-tez havalandırılmalı, mümkün qədər az insanla təmasda olunmalıdır. Bundan başqa, yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalıdır. Əllər sabunla tez-tez yuyulmalı, eləcə də evdən çıxanda mütləq maska taxılmalıdır. Eyni zamanda soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edilməlidir. Teqlər : #TƏBİBdən,#gün,#açıqlaması, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Telefon və kompüterlərin beyin üçün təhlükəsi açıqlanıb ‘Uşaq yeməkləri market və apteklərdən yığışdırılsın’ – Sədrdən AÇIQLAMA
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir