İtaliya və İsveçrəni palçıq seli basdı: 8 ölü (VİDEO)

Leysan yağışlarının ardından İtaliyanın şimalı və İsveçrənin cənubunda baş verən torpaq sürüşməsi nəticəsində ən azı dörd nəfər həlak olub. 
 
AzNews.az xəbər verir ki, İsveçrənin Lugano kəndi yaxınlığında da evin dağılması nəticəsində iki qadın ölüb.
 
Sərhəddə isə evlərini palçıq seli basması nəticəsində bir təqaüdçü və nəvəsi həlak olub.
 
Bölgədə yağışların davam edəcəyi gözlənilir və hər iki ölkə ciddi leysan xəbərdarlığı edib.
 
Lugano və Maggiore göllərinin səviyyəsi də təhlükə yaradacaq dərəcədə artıb.
 

Google+ WhatsApp ok.ru