Texniki nasazlıq aradan qaldırılıb 05 Dekabr 2019 12:06 Hadisə Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib. Qeyd edilib ki, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər. Teqlər : #Texniki,#nasazlıq,#aradan,#qaldırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlər var 4 nəfər dəm qazından zəhərləndi: 31 yaşlı qadın öldü