Tiflisdə azərbaycanlı gənclərin qaldığı hoteldə yanğın olub 30 Mart 2016 01:00 Hadisə Gürcüstan paytaxtında “Verepalace” hotelində yanğın baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yanğın hoteldəki otaqlardan birində başlayıb. Yanğının Tiflisdə bu gün işə başlayan Cənubi Qafqaz və Ukrayna gənc siyasətçilərinin 4-cü Forumunda iştirak edən Müsavat Partiyasının Məclis üzvü Nigar Yaqublu və Ümid Partiyasının sədr müavini Həcər Abbaslının qaldıqları otaqda baş verdiyi bildirilir. Nigar Yaqublu faktı təsdiqləyib. Müsavat təmsilçisinin sözlərinə görə, hadsiə baş verən vaxt onlar otaqda olmayıb. Yanğın söndürülb. Hadisənin baş vermə səbəbləri hələlik bəlli deyil. Qeyd edək ki, forum bu gün işə başlayıb. Toplantıda Azərbaycan, Ermənistan Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak edir. Azərbaycanı forumda 14 siyasi partiyadan, o cümlədən YAP-dan olan gənclər təmsil edir. Teqlər : #Tiflisdə azərbaycanlı gənclərin qaldığı hoteldə yanğın olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mobil telefonla danışmaq istədi, yanacaq doldurma məntəqəsini yandırdı-FOTO Bakıda tanınmış univermaq soyuldu: xeyli qızıl aparıldı