İtkin düşənlərdən 6-nın cəsədi tapıldı 07 Dekabr 2015 02:00 Hadisə Cəsədlər qəza baş vermiş özüldən 65-70 km məsafədə tapılıb Fövqəladə Hallar Nazirliyinin helikopteri bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə dənizdə 6 nəfərin cəsədini aşkar edib. Maide.az nazirliyin saytına istinadən xəbər verir ki, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq, aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək. Teqlər : #İtkin düşənlərdən 6nın cəsədi tapıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda qadın qisas almaq bəhanəsi ilə 17 yaşlı qaynı oğluna 6 bıçaq zərbəsi vurub Su xətti partladı, Xırdalan susuz qaldı