Tovuz sakini ermənistanla sərhəddə minaya düşdü 07 Oktyabr 2014 01:00 Hadisə Tovuzda mal-qarasını axtaran Əsrik-Cırdaxan kənd sakini, 59 yaşlı Bayram Süleymanov minaya düşüb. Trend-in Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saatlarında iribuynuzlu heyvanlarının həyətə gəlmədiyini görən kənd sakini Ermənistanla sərhəd əraziyə keçib və nəticədə minalanmış ərazidə güclü partlayış baş verib. Hadisə zamanı sağ ayağını itirən Bayram Süleymanovu hərbçilər Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. / Teqlər : #Tovuz sakini ermənistanla sərhəddə minaya düşdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda Qurban bayramı günlərində yol qəzasının statistikası açıqlanıb Bərdə selə qərq oldu- Fotolar