Ucarda baş verən partlayışda - Ata-ana və uşaqları öldü 21 Noyabr 2016 02:00 Hadisə Ucarda baş verən partlayışda xəsarət alan şəxslər ölüb. Maide.Az APA-ya istinadən xəbər verir ki, bir həftə əvvəl Ucar rayonunda baş verən partlayışda yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilən rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov xəstəxanada keçiniblər. Qeyd edək ki, hadisə noyabrın 14-də qeydə alınıb. Z. Məlikov evdə mühərrikli mişarı təmir edərkən yanğınla nəticələnən partlayış baş verib. Teqlər : #Ucarda baş verən partlayışda Ataana və uşaqları öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb Bakı türməsində hərbi xidmətdə olan əsgəri maşın vurdu