Ucarda partlayış olub, bir ailənin 3 üzvü xəsarət alıb

Ucarda partlayış olub, bir ailənin 3 üzvü xəsarət alıb

Ucarda partlayış olub.
 
Rayon sakinləri – 1979-cu il təvəllüdlü Zakir Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şamama Şərifova və övladları, 2008-ci il təvəllüdlü Ağa Məlikov yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Ailə üzvlərinin evdə baş verən partlayış nəticəsində xəsarət aldıqları bildirilir. Belə ki, Z. Məlikov evdə motorlu mişarı (drujba) təmir edərkən yanğınla nəticələnən partlayış baş verib. (apa) /

Google+ WhatsApp ok.ru