Xəzərdə zəlzələ oldu

Yanvarın 29-da Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, yerli vaxtla saat 15:14-də Astaradan 18 km cənub-şərqdə Xəzər dənizində qeydə alınmış yeraltı təkanın maqnitudası 3.4, dərinliyi 42 km olub.
 

Google+ WhatsApp ok.ru