Xərçəng şişini qocaltmağın yolu tapılıb 28 Fevral 2017 02:00 Sağlamlıq Con Hopkins Universitetinin alimləri xərçəng şişi ilə mübarizə aparmağın yolunu tapıblar Con Hopkins Universitetinin alimləri xərçəng şişi ilə mübarizə aparmağın yolunu tapıblar. Onlar bədxassəli hüceyrələrin yaşlanmasının qarşısını alan telomeraza fermentinin aktivliyini azaltmaqla buna nail olublar. "Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə universitetin araşdırmasında bildirilir. Telomerlər xromosomların genləri zədələnmədən qoruyan uc sahədir. Eksperimentin birinci mərhələsində tədqiqatçılar telomerazanın tənzimlənməsində iştirak edən genlərin axtarışını həyata keçiriblər. İkinci mərhələdə isə müəyyən edilmiş genlər siçanların fibroblastlarına yerləşdirilib. Bu halda hansı DNT-nin telomerin uzanmasına səbəb olduğunu müəyyən edərək müvafiq inhibitorlardan (prosesin hərəkətini dayandıran məhlul - red.) istifadə ediblər. Bioloqların sözlərinə görə, hazırda bu birləşmələr sümük iliyi xərçənginin, o cümlədən limfoma və çoxsaylı mielomun müalicəsində sınaqdan keçirilir. / Teqlər : #Xərçəng şişini qocaltmağın yolu tapılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda böyrək köçürülən xəstələrin sayı açıqlanıb DİQQƏT! Kökəlmə xərçəng riskini artırır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir