Xırdalanda ər arvadını bıçaqlayıb 18 May 2016 01:00 Hadisə Abşeron rayonunda qanlı hadisə baş verib. APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. 46 yaşlı Sevanə Abbasova yaşadığı evdə həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı ailə üzvlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıda çoxsaylı bıçaq xəsarətlərinin olduğunu bildiriblər. Hadisə ailə münaqişəsi zəminində baş verib. Gecə vaxtı evə sərxoş gələn əri Sevanə Abbasova ilə mübahisə etməyə başlayıb və daha sonra bıçaqla ona çoxsaylı zərbələr endirib. Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir. Teqlər : #Xırdalanda ər arvadını bıçaqlayıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Uşaq ilə yaşlının canına qıydığı deyilir Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşdu: ölən var