Xırdalanda güclü yanğın: ölən var 04 Fevral 2017 02:00 Hadisə Xırdalanda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və talvara bitişik ümumi sahəsi 72 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən köməkçi tikilidə 1958-ci il təvəllüdlü Yusifov Faiq Vəliyulla oğlun yanmış meyiti aşkar olunub. Talvarın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Teqlər : #Xırdalanda güclü yanğın: ölən var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ölkədə velosiped qəzalarının sayı artıb - Statistika Goranboyda bir ailənin 3 üzvü qidadan zəhərlənib, bir nəfər ölüb