Xırdalanda yol polisləri qəzaya uğradı

Abşeron rayonunda Yol Patrul Xidmətinin əməkdaşları qəzaya uğrayıb.
 
Hadisə zamanı bir polis əməkdaşı xəsarət alıb.
 
Hadisə ötən gün təxminən saat 23 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində baş verib.
 
25 yaşlı Yusifzadə Tural Elşad oğlu xidməti vəzifəsinin yerinə yetirən zaman idarə etdiyi iş maşını ilə qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan Tural Yusifzadə Təcili tibbi yardım maşını ilə Bakıdaki 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Kəllə beyin travması diagnozu ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tərəfindən yardım göstərilib.
 
Müayinədən sonra palataya yerləşdirilən YPX əməkdaşının vəziyyəti orta ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru