Yaşıl çayın gözlənilməz faydası aşkar edilib 24 Sentyabr 2019 12:13 Sağlamlıq Yaşıl çayda təbii bir antioksidan olan Epigallocatechin (EGCG) antibiotikə davamlı infeksiyalarla mübarizədə kömək edə bilər. Surrey Universitetinin bir qrup alimi bu nəticəyə gəlib. Onların məqaləsi Medical Microbiologiya jurnalında dərc olunub. Tədqiqatçılar müəyyən ediblər ki, EGCG "Pseudomonas aeruginos" bakteriyasının yaratdığı infeksiyalar üçün istifadə olunan aztreonamın antibiotikinin təsirini artırır. Aztreonam və EGCG birləşməsi bu maddələrin ayrılıqda hər birindən daha təsirli olub. Alimlər antioksidanın antibiotikin hüceyrə tərəfindən udulmasını artırdığını düşünürlər. Pseudomonas aeruginosa, ilk növbədə immuniteti zəif olan insanlara təsir göstərir, qanaxma və tənəffüs yolu infeksiyasına səbəb olur, eyni zamanda əksər dərmanlara davamlı olan təkrar infeksiyalara səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı bu bakteriyanı sağlamlığa kritik təhlükələri siyahısına daxil edib. /FaktXeber Teqlər : #Yaşıl,#çayın,#gözlənilməz,#faydası,#aşkar,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda qanazlığı olan insanların sayı artıb Sadə tərkibli sous döş xərçənginə tutulma riskini azaldırmış
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir