Yanan gəmidəki işçilərdən 1-i həyatını itirib 12 May 2019 22:13 Hadisə “İsrafil Hüseynov” gəmisində partlayışda yaralanmış işçilərdən 1-i Fransada ölüb Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış "Saipem" şirkətinin 11 əməkdaşı ( o cümlədən Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına nəql edilib. Şirkətdən ONA-ya verilən məlumata görə, həmin şəxslər mayın 11-də "Medevac" - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə nəgl edilib. Məlumatda qeyd edilib ki, daha yüngül xəsarət almış 3 şirkət əməkdaşı artıq vətənlərinə qayıdıblar: "Saipem" şirkəti dərin təəssüf hissi ilə bildirir ki, ən kritik olan əməkdaşımız bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşımızın həyat üçün təhlükə isə aradan qaldırılıb". Teqlər : #Yanan,#gəmidəki,#işçilərdən,#həyatını,#itirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda 5 nəfəri öldürərək hadisə yerindən qaçan sürücü tutulub Tovuzda yeni doğulmuş körpə öldü