Yevlaxda bazar suyun içində qaldı-VİDEO

EL TV (Region TV) xəbər verir ki, hər dəfə yağış yağan kimi Yevlax şəhər Mərkəzi bazarın əşya malları satılan hissəsində acınacaqlı vəziyyət hökm sürür. Yerdə qalan sudan sonra satıcılar yerə taxta lövhələr düzərək onun üzəri ilə hərəkət etmək məcburiyyətində qalırlar.
 
Satıcılar bildirirlər ki, bu vəziyyət alıcılıq qabiliyyətinə də mənfi təsir göstərir. “Hər yağıntı olanda ən azından yüngül yağıntı olmasına baxmayaraq, bazarın gəliş-gediş yollarını su bağlayır. Heç nə sata bilmirik. Gələn-gedən sakinlərin hər birinə maneçilik törədir, alıcılıq qabiliyyəti düşür” deyə satıcın Anar Qasımov bildirib. Yevlax mərkəzi bazarından bildirilir ki, məsələ ilə bağlı aidiyyatı quruma dəfələrlə müraciət olunsa da məsələ öz həllini tapmır. Yevlax su-kanal idarəsindən verilən məlumata görə, Mərkəzi bazarda yaşanan bu vəziyyətin səbəbi ticarət obyektindən və yaxınlıqdakı şadlıq sarayından tullantıların atılması nəticəsində kanalizasiya borusunun tutulmasıdır. “Sudu axıb gedir. Bu tutulmamalıdır. Bunun qabağı açıqdırsa çıxıb gedir. Bunun tutulmağının səbəbi budur ki, kim gəldi tullantını atır onun içinə. Yağış da yağanda təbii ki, bu islanır, axır gedir müəyyən hissəsində yığıntı əmələ gəlir, qabağını kəsir. Nəticədə bunlar özləri ziyan çəkməli olur” deyə Yevlax su-kanal idarəsinin rəisi Sabir Həsənov vurğulayıb. İdarədən bildirilib ki, əraziyə dolan suyun çəkilməsi istiqamətində addımlar atılacaq.

Google+ WhatsApp ok.ru