Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında xəsarət alan 3 nəfər ölüb.
 
Maide.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 5-də Tovuz rayonunun Düz Cırdaxan kəndində rayon sakini Elçin Qasımov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Fikrət Əliyevi vurub.
 
Xəstəxanaya yerləşdirilən piyada martın 7-də orada ölüb.
 
Martın 7-də saat 07.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Kənan Mirzəyev idarə etdiyi “Mercedes"” markalı avtomobillə yolu keçən paytaxt sakini Elgün Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Martın 7-də saat 23.00 radələrində isə Şəmkir şəhərində Kür qəsəbə sakini Məqsəd Alməmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Akif Mustafayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
 
Faktlarla bağlı müvafiq olaraq Tovuz Rayon Polis Şöbəsi, Sabunçu Rayon Polis İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırmalar aparılır. /

Google+ WhatsApp ok.ru