Yol qəzalarında 2 nəfər ölüb, 4 nəfər yaralanıb 30 Sentyabr 2019 13:51 Hadisə Sentyabrın 29-dan 30-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Maide.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 11 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb. Teqlər : #Yol,#qəzalarında,#nəfər,#ölüb,#nəfər,#yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘20 Yanvar’da böyük sıxlıq - Sərnişinlər gedişhaqqı yükləyə bilmir Bakıda poliklinikada 6 yaşlı uşaq ölüb