Yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb 23 May 2020 12:02 Hadisə Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölü, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb. Teqlər : #Yol,#qəzalarında,#nəfər,#ölüb,#nəfər,#xəsarət,#alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda zavodda dəhşət: Usta dəzgaha ilişib öldü Güclü külək Bakıda 20 ağacı yıxıb