Yüzlərlə uşaq yolxucu xəstəliklərin qurbanı olur

Yüzlərlə uşaq yolxucu xəstəliklərin qurbanı olur

 
Hər il beş yaşadək yüz minlərlə körpə yoluxucu xəstəliklər səbəbindən həyatını itirir.
 
BMT-nin Uşaq Fondunun (UNICEF) Dünya Əlyuma Günü münasibətilə açıqlamasında belə deyilir.
 
“2015-ci ildə beş yaşına qədər 300 mindən çox uşaq təmiz su və sanitariya-gigiyena şəraitinin normal olmaması səbəbindən yoluxucu xəstəliklərə tutularaq ölüb. Biz epidemiyanın yayılmasına yol verməmək üçün valideynləri, uşaqları sabunla əllərini yumağa çağırırıq”, - deyə UNICEF-in in rəsmisi Kristof Bulerak bildirib.
 
UNICEF bildirir ki, yeməkdən qabaq əlləri sabun ilə yumağı uşaqlara öyrətməklə ishal infeksiyasına yoluxmanın səviyyəsini 40 faizdən artıq azaltmaq mümkündür.
 
Məlumatda deyilir ki, dünyada hər gün ishaldanbeş yaşadək 800 uşaq ölür. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru