Zədələnmiş qaraciyəri necə bərpa etmək olar 03 İyul 2020 09:59 Sağlamlıq Alkoqollu içkilərdən sui-istifadə etmiş, amma sonradan bu vərdişdən əl çəkən insanlar xüsusi pəhrizlə qaraciyərlərini yenidən bərpa edə bilərlər. Maide.Az "Sputnik" ə istinadla xəbər verir ki, zərərli vərdişin qalıqlarını şəkər, yağ, un, qızardılmış və duzlu qidalardan tamamilə imtina etməklə aradan qaldırmaq olar. Bütün bunlar qaraciyər problemini daha da ağırlaşdıra bilər. Onları tərəvəz şorbaları, pəhriz quş əti, turş olmayan tərəvəz və ya meyvələrlə əvəz edə bilərsiniz. Ancaq pəhrizlə yanaşı idman və siqaretdən imtina etmək lazımdır. Həkimlər xatırladır ki, zədələnmiş qaraciyər bərpa qabiliyyətini itirir, lakin bəzən bərpa edilə bilər. Bunu etmək üçün düzgün bəslənmə və pis vərdişlərdən imtina etmək lazımdır. Teqlər : #Zədələnmiş,#qaraciyəri,#necə,#bərpa,#etmək,#olar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Öldürən qida: kabab və xərçəng xəstəlikləri arasında hansı əlaqə var? D vitamininin COVID-19-a təsiri varmı? - Azərbaycanlı alimdən AÇIQLAMA
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir