Zabitləri daşıyan avtobus aşdı: 6 ölü, 16 yaralı

İçərisində Rusiya ordusunun hərbçiləri olan avtobus Cənubi Osetiyada dərəyə yuvarlanıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tsxinval-Kançaveti yolunda baş verən qəza zamanı 6 zabitin öldüyü, 16 nəfərin isə xəsarət aldığı bildirilir.

Məlumata görə, qəzaya səbəb avtobusun əyləc sistemində yaranmış nasazlıq olub.

Qəza müdafiə naziri Sergey Şoyqu tərəfindən şəxsi nəzarətə götürülüb.

Google+ WhatsApp ok.ru