Ziya Bünyadov prospektində baş verən qəza sıxlığa səbəb olub

 Ziya Bünyadov prospekti (Atatürk pr. ilə kəsişmə, körpünün üstü) Koroğlu metrosu istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
 
Bu barədə Maide.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
 
Sürücülərə alternativ olaraq Ziya Bünyadov prospekti köməkçi yoldan istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru