Əli Abdullah Saleh öldürülüb - FOTO

Əli Abdullah Saleh öldürülüb - FOTO

-- Sabiq prezidentin cənazəsinin görüntüləri yayımlanıb

Yəmənin sabiq Prezidenti Əli Abdullah Saleh öldürülüb. Bu barədə İran mətbuatı məlumat yayıb.
 
Yayılan xəbərlərdə bildirilir ki, paytaxt Səna şəhərindən qaçmağa çalışan prezident raket atəşinə tutulub.
 
Onun zirehli avtomobili yaxın məsafədən raket atəşinə tutulub və avtomobil partlayıb. Nəticədə Prezident ilə yanaşı, onu köməkçisi Arif Zuka və Milli Konqresin (parlamentin) baş katibi Yasir Əl Əvəzi də ölüblər.
 
Qeyd edək ki, Yəmən Daxili İşLər Nazirliyi Əli Abdullah Salehin öldürlüməsi faktını təsdiqləyib. 
 
"Ənsarullah"a yaxın bəzi mənbələr Əli Abdullah Salehin, onun şəxsi cangüdəni və liderlik etdiyi partiyası "Xaıq Konqresi" partiyasının sədrinin paytaxatdan çıxıb Məribə qaçan zaman BƏƏ-nin hava zərbələri nəticəsində öldüyünü bildiriblər. 
 
Əli Abdullah Saleh 1978-2011 ci illər ərzində Yəməndə hakimiyyətdə olub. O bu müddət ərzində Səudiyyənin dəstəyi ilə husilərə qarşı 5 dəfə muharibəyə girib. Lakin 2015-ci ilin əvvəlində Yəməndə “Ənsarullah”-ın (husilər) paytaxt Sənanı ələ keçirməsindən sonra onlarla ittifaqa girib. Əli Abdullah Saleh Sudiyyənin koalisiyasının hücumu əsnasında husilərlə müttəfiq idi. Əli Abdullah Saleh və onun partiyası son 3 gündə əhalini Yəməndə husilərə qarşı üsyan etməyə çağırmışdı. Əli Abdullah Saleh 3 gün öncəki çıxışında bildirmişdi ki o, artıq husilərlə rəsmi tərəfdaş deyil.
 

Google+ WhatsApp ok.ru