Ərəbistan Yəmən paytaxtına hava hücumları edib 10 Aprel 2015 01:00 Yəmən Maide.az-ın məlumatına görə, Ərəbistanın təcavüzkar qırıcı təyyarələri bu gün cümə günü səhər Yəmənin hava qüvvələri qərargahını hədəfə alıblar. Nəticədə yanacaq deposu, aeroport və Yəmən ordusunun bir zirehli diviziyası və hava bazasına çoxlu xəsarətlər dəyib. Avia-hücumlarda ehtimal olunan ölü və yaralılar barədə indiyə qədər məlumat yayılmayıb. Yəməndən əldə olunan digər bir məlumata görə, Yəmən paytaxtı Sənanın qərbində Bəni Mətər sakinləri aksiya keçirərək, Ərəbistanın hava hücumları nəticəsində həlak olanları son mənzilə yola salıblar. Ərəbistanın Səna ətrafında Bəni Mətər sakinlərinə hava hücumlarında 5 yəmənli uşaq və qadın həlak olub. Və ötən bir həftədə səudiyyəli qırıcıların Bəni Mətərə hücumunda 16 nəfər həlak olub. Teqlər : #Ərəbistan Yəmən paytaxtına hava hücumları edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən böhranının həlli üzrə Zərifin 4 maddəlik təklifi Pakistan Ərəbistanın Yəmənə təcavüzünün dərhal dayandırılmasını istədi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'