Ərəbistan: Səədənin bombalanması ardıcıl və sutkalıq olacaq

Maide.az-ın məlumatına görə, təcavüzkar səudiyyə koalisiyasının sözçüsü Əhməd Əsiri dünən gecə mətbuat konfransında təhdid edib ki, bundan sonra Yəmənin Səədə və Məran vilayətləri və onların ətrafındakı məntəqələr bombalanacaq. 
 
BMT Ərəbistanın Yəmənə qarşı hava hücumlarında həlak olanların sayının artmasından nigarançılıq edərək, bu 6 həftəlik hücumların qurbanlarının sayını 1400, yaralıların sayını isə 6 mindən yuxarı elan edib. Yəmənli mənbələr isə Ərəbistanın Yəmənə qarşı hava hücumlarında həlak olanların sayını üç min nəfərdən yuxarı olduğunu deyirlər. 
 
Məlumata görə, qida və içməli su əldə etmək əmin-aman məkanlar tapmaq üçün qaçmaqda olan Ədən şəhərinin sivil sakinləri Səudiyyə qırıcılarının hava hücumlarının hədəfinə çevrilərək, öldürülüblər.
 
Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin dünən Yəmənə hərbi qüvvələrin göndərilməsi barədə xəbərdarlıq edərək, əlavə edib: "Gözlənilir ki, BMT-nin vasitəçiliyi ilə Yəməndə sülh müzakirələri bərpa olunacaq. Vitali Çurkin ümidvarlıq edib ki, Yəməndə beşgünlük atəşkəsin qurulması bu ölkədəki döyüşlərin daimi olaraq başa çatması ilə nəticələnəcək."

Google+ WhatsApp ok.ru