BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi regiona səfər edib

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmail Vələd Şeyx Əhməd dünən Ərəbistan paytaxtına səfər edərək, özünün regiona ilk səfərini həyata keçirib.
 
Maide.az-ın məlumatına görə, BMT sözçüsü Stefan Dojarrik mətbuat konfransında deyib ki, Şeyx Əhməd bu səfərdə Ərəbistanın vəliəhdi və daxili işlər naziri Muhəmməd bin Naif ilə görüşüb. O, habelə vəliəhdin canişini və Ərəbistanın müdafiə naziri Muhəmməd bin Salman ilə də görüşüb.
 
Bu mavritaniyalı diplomat iki həftə bundan öncə BMT-nin Yəmən məsələləri üzrə sabiq nümayəndəsi Camal bin Ömərin yerinə keçib. 
 
Husi inqilabçılarının Yəmənin paytaxtı Sənanın nəzarətnin ələ keçirəndən və bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadi Ərəbistana qaçandan sonra Yəməndə sülh müzakirələri dalana dirənib. 
 
Hazırda Ərəbistan digər 8 ərəb ölkəsi ilə yanaşı Yəməni bombalayır. Martın 26-dan başlanmış bu hava hücumları indiyədək minlərlə yəmənlinin qanına qəltan edilməsi, eləcə də bu ölkənin infrastrukturlarının dağılmasına bais olub.

Google+ WhatsApp ok.ru