Ərəbistan qırıcıları Yəmənin müxtəlif bölgələrini bombaladılar

Səudiyyə Ərəbistanı hava və artilleriya hücumlarını artıraraq, Yəmənin müxtəlif bölgələrini yüz dəfədən çox hədəfə alıblar.
 
Maide.az-ın məlumatına görə, Səədənin şimal bölgələrinin bombalanması nəticəsində 5 nəfər həlak olub. Həlak olanların hamısı uşaqlar olub. 
 
Rəhban şəhərinin bombalanması nəticəsində isə 2 nəfər həlak olub, 4 nəfər də yaralanıb. 
 
Səudiyyə qırıcıları İb vilayətində sərnişin avtobusunu hədəfə alıblar. Orta məktəblər və sığınacaqlar da səudiyyəli qırıcıların hücumlarından amanda qalmayıblar. 
 
Əl-Məsirə televiziyası da bildirib ki, ötən gecə Ərəbistan qırıcı təyyarələri Səədə vilayətində Zeyhan şəhərini bombalayıblar. 
 
Həmçinin Ərəbistan qırıcı təyyarələri 6 dəfə Ləhic vilayətinin əl-Ənd hava bazasını və 3 dəfə isə Təiz vilayətində Səbr məntəqəsini bombalayıblar.

Google+ WhatsApp ok.ru