Ərəbistan Səna aeroportunu bir daha bombaladı

Səudiyyə Ərəbistanının qırıcı təyyarələri Yəmənə humanitar yardımların göndərilməsinin qarşısını almaq üçün ötən gecədən indiyə qədər Səna aeroportunu bir neçə dəfə bombalayaraq, bu aeroportun iki uçuş zolağını dağıdıblar.
 
Maide.az-ın məlumatına görə, ötən günlərdə Səna aeroportu humanitar yardım gətirən bir neçə təyyarənin eniş etməsinin şahidi olmuşdu. Lakin Ərəbistan qırıcıları humanitar yardımların çatdırılmasını bir daha sıradan çıxarmağa çalışıblar. 
 
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Səna aeroportunu dəfələrlə bombalayıblar. Bu hücumlar nəticəsində bu ölkənin infrastrukturları məhv və çoxlu sayda sivil həlak olub və yaralanıbdır. 
 
Səna Beynəlxalq Aeroportunun dağıdılması ötən çərşənbə axşamı günündən başlanan beynəlxalq humanitar yardım əməliyyatını problemlə üzləşdirib.

Google+ WhatsApp ok.ru