Yəmən qəbilələri Ərəbistanın hava bazasına hücum ediblər

Maide.az-ın məlumatına görə, yerli mənbələr yazırlar ki, Yəmən qəbilələri Səudiyyə Ərəbistanının qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə qarşı təcavüzlərinin davam etməsinə cavab olaraq Nəcran və Cizanda Ərəbistan ordusuna aid 6 hərbi bazanı mərmi ilə hədəfə alıblar. 
 
Məlumata görə, atəş nəticəsində bir qrup Ərəbistan hərbçisi həlak olub və yaralanıb. 
 
Ərəbistan Daxili İşlər Nazirliyinin sözçüsü də bildirib ki, çərşənbə günü Ərəbistanın sərhəd qüvvələrindən bir nəfər Yəmən daxilindən Cazana atılan mərmi nəticəsində ölüb.

Google+ WhatsApp ok.ru