Ənsarullah hərəkatı Yəmənlə bağlı Omanda iclasın keçirilməsini müsbət qarşılayıb

Maide.az-ın Yəmən mediasına istinadən verdiyi məlumata görə, Ənsarullah xalq hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam açıqlama verərək bildirib ki, Oman iclasında Yəmən böhranı və Yəmənə xarici təcavüzlərlə bağlı bir çox məsələ, həmçinin, böhranın həlli üçün təklif edilən həll yolları bir çox beynəlxalq tərəfin və region ölkələrinin iştirakı və Omanın nəzarəti ilə araşdırılacaq: "Oman rəsmiləri daim Yəmənin Ənsarullah xalq hərəkatının nümayəndələri ilə görüşlərdə Yəməndə sülh və sabitliyin bərqərar edilməsi və bu ölkə böhranının sülh yolu ilə həllini himayə ediblər. 
 
Bundan öncə məlumatlı bir mənbə Oman kralı Sultan Qabus bin Səidin Yəmən böhranının həlli üçün vasitəçilik edəcəyindən xəbər vermişdi. Omanın təklifinə əsasən ilk öncə atəşkəs bərqərar edilməli, daha sonra isə yəmənli qruplar arasında böhranın həlli ilə bağlı danışıqlara start verilməlidir. Həmçinin, Yəmənin siyasi qrupları və Ənsarullah Xalq Hərəkatı Yəmən böhranının həlli üçün bu iclasda iştiraka hazır olduqlarını bildiriblər.
 
Ənsarullah Hərəkatı və Oman rəsmiləri qarşılıqlı olaraq Səna və Məsqətdə görüşüb, danışıqlar aparıblar.

Google+ WhatsApp ok.ru