BMT-nin sükutu altında Yəməndə insan faciəsi

Ərəbistanın Yəmənə olan təcavüzləri artıq 3-cü aydır ki, fasiləsiz olaraq davam edir. Minlərlə insan ölüb, yaralanıb, öz evindən didərgin düşüb. Sivil infrastrukturlar məhv edilib. Yəmən xarabalığa çevrilib.

Maide.az-ın məlumatına görə, Yəmənin "Hürriyyət Evi" ölkədə insani vəziyyət ilə bağlı 7-ci hesabatını yayımlayıb. Hesabatda deyilir: Ərəbistanın Yəmənə qarşı təcavüzkarlığı və hava hücumları 60-cı günə daxil oldu. İndiyə kimi 4 mindən çox insan həyatını itirib. Ərəbistanın təcavüzlərinə qurban gedənlərin mindən çoxunu qadınlar və uşaqlar təşkil edir. Bundan başqa 7 mindən çox yaralı var. Yaralılar arasında da qadınlar, uşaqlar və qocalar çoxluq təşkil edirlər.

Bu istiqamətdə beynəlxalq imdad təşkilatı olan OXFAM xəbərdarlıq edərək bildirib ki, Ərəbistanın Yəmənə qarşı təcavüzlərinin davam etməsi ölkə əhalisinin üçdə ikisinin yəni 16 milyon insanın içməli sudan məhrum olmasına səbəb olub. Bu məsələ Yəməndə səhiyyə və insan faciəsi ilə bağlı təhlükə siqnalı sayılır. Yəməndə vəziyyətin gərgin olması və Ərəbistanın Yəmənə humanitar yardımların çatdırılmasına mane olması vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Ərəbistan hətta, sərhədsiz həkimlərin belə Yəməndə yaralılara yardım etmələrinə imkan vermir.
 

Google+ WhatsApp ok.ru