Yəmənə hücumlar davam edir

Ədən neftayırma zavodunda yanğın baş verib

Şənbə günü Səudiyyə Ərəbistanının bombardmançı təyyarələri Yəmənin Təic vilayətində Prezident Sarayına hücum edib və bu binaya ağır xəsarətlər vurublar. 
Maide.az xəbər verir ki, Fransa İnformasiya Agentliyi bildirib ki, Ədən vilayətində ağır döyüşlər ardınca, bu bölgənin neftayırma zavodlarının neft anbarlarından birində top atəşi nəticəsində yanğın baş verib. 
Məlumata görə, Ədən neftayırma zavodu xam neft istehsalını dayandırıb. Lakin onun anbarlarında təxminən 1,2 milyon xam neft var. 
 əl-Məsirə telekanalı isə məlumat yayıb ki, Yəmən ordusu və xalq müqavimət qüvvələri Ərəbistanın təcavüzkarlıqlarına reaksiyada şənbə günü Nəcran və Cizan sərhəd bölgələrində Ərəbistanın hərbi mövqelərinə onlarla raket atıblar. 
Məlumata görə, Yəmən ordusu və xalq müqavimət qüvvələrinin Nəcranda Xəbaş hərbi bazasına raket hücumunda, biri zabit olmaqla 4 ərəbistanlı hərbçi öldürülüb. 
Əl-Məsirə bildirib ki, Yəmən qüvvələri həmçinin Nəcranda Səlii komandanlığının bazasını raket atəşinə tutublar. Bu hücumda da Ərəbistan qüvvələrinə ağır xəsarətlər vurulub. 
Yəmənin cənubunda yerləşən Ədən vilayətinin səhiyyə mərkəzinin rəhbəri Xızır Ləsurun sözlərinə görə, Səudiyyə rejiminin başçılıq etdiyi ərəb koalisiyasının ötən 3 ayda Yəmənə hücumlarında təxminən 3 min nəfər həlak olub, 11 min nəfər də yaralanıb. Onların əksəriyyəti sivillərdir. 
Qeyd edək ki, Səudiyyə Ərəbistan və müttəfiqləri Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə 26 martdan indiyədək bu ölkənin müxtəlif bölgələrini hava hücumlarına məruz qoyur./

Google+ WhatsApp ok.ru