Ənsarullah Ali-Səud rejiminə xəbərdarlıq etdi

Əgər Səudiyyə Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumları davam edərsə, onlar ağır tələfat və xəsarət ilə üzləşəcəklər. Bunu Yəmənin Ənsarullah xalq hərəkatının siyasi bürosunun sədri Salih Səmad deyib. 
Maide.az Yəmənin Səba xəbər agentliyinə istinadən xəbər verir ki, S.Səməd deyib ki, Ərəbistan və müttəfiqləri qarşıdan gələn günlər ərzində Yəmən ordusu və xalq müqavimət qüvvələri tərəfindən daha ağır zərbələrin şahidi olacaqlar. 
S.Səmad Yəmən xalqına qələbə vəd edib və deyib ki, təcavüzkarlar tezliklə məğlub olacaq və savaş meydanını, öz məqsədlərinə nail olmadan, tərk edəcəklər , ona görə ki,  Yəmən xalqı təcavüzkarlar qarşısında tam iqtidarla dayanıb. 
Digər məlumata görə,  Ənsarullah hərəkatının Ədəndən taktiki olaraq geri çəkilməsinin ardınca, istefada olan fərari prezidentin tərəfdarları və Ərəbistan muzdluları bu şəhəri ələ keçirsələr də, Yəmən ordusu və xalq müqavimət qüvvələri bu gün fərari prezidentin müavini Xalid Bəhahın iqamətgahına raket zərbələri endirib. 
Səhiyyə mənbələri bu raket hücumu nəticəsində Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin 20 hərbçisinin həlak olduğunu və sayda təcavüzkarın yaralandığını bildiriblər. 
Səudiyyə Ərəbistan və müttəfiqləri 26 mart tarixindən etibarən istefada olan fərari prezidenti yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı hücumlara başlayıblar. /
 

 

Google+ WhatsApp ok.ru