Əl-Qaidə Yəmənə hərbi təcavüzdə Ərəbistanla çiyin-çiyinə döyüşür- Video

Əl-Qaidə terror təşkilatı öz yaraqlılarının Yəməndə fəaliyyəti haqda məlumat yayaraq, Yəmənə hərbi təcavüzdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etdiyini etiraf edib.
 
Maide.az-ın məlumata görə, əl-Qaidə etiraf edir ki, bu qruplaşmaya məxsus döyüşçülər BƏƏ, Ərəbistan hərçiləri və Yəmənin fərari prezidenti Mənsur Hadiyə bağlı muzdurlarla birlikdə bu ölkənin Təəz və digər vilayətlərində döyüşürlər.
 
əl-Qaidənin yaydığı video materialda yaraqlıların Təəz vilayətinin mərkəzi Təəz şəhərinin əl-Cəhməliyyə rayonunda gedən əməliyyatlarda iştirak etdikləri göstərilir.
 
Bu döyüşçülər əllərində əl-Qaidəyə məxsus qara bayraq tutaraq, Təəz şəhərinin küçələrində və müxtəlif bölgələrində meydan sulayır.
 
əl-Qaidə bu yaxınlarda da bildirib ki, Səud rejiminin və Yəmənin eks-prezidenti Mənsur Hadinin tərəfində 11 istiqamətdə Təmən ordusu və milli qüvvələri ilə döyüşür./

Google+ WhatsApp ok.ru