Qətərli bir hərbçi Yəməndə öldürüldü

Qətərin əl-Cəzirə telekanalı bildirib ki, bu hərbçi Ənsarullah qüvvələrə ilə gedən döyüşdə həyatını itirib.
Maide.az xəbər verir ki, Qətər Yəmənə hava və yerüstü hərbi təcavüzdə Ərəbistanla yan-yana döyüşür.
Qətər ilk dəfə təcavüzkar bir addımla, keçən ilin sentyabr ayında min hərbçisini “əl-Vədiə” sərhəd-keçid məntəqəsindən Yəmənə daxil etmişdi.
Bu qətərli işğalçı qüvvələr orta və ağır silahlarla, raketlərlə və qabaqcıl rabitə sistemləri ilə təchiz ediliblər.
Qətər habelə bu ölkəyə məxsus 10 ədəd döyüş təyyarəsini Yəmən qarşı hava ərbələri endirmək üçün Ərəbistanın ixtiyarına verib./

Google+ WhatsApp ok.ru