Yəmənin Hirz şəhəri bomblanıb

Ərəbistan qırıcılarının Yəmənin Həccə vilayətində yerləşən Hirz şəhərindəki bir bazara və yaşayış məntəqələrinə qarşı hücumlarında on üç nəfər həlak olub.
 
Maide.az-ın məlumatına görə, bu hücumda 70 nəfər də yaralanıb. Ehtimal olunur ki, tələfatın sayı artacaq. 
 
Yəməndən daxil olan digər xəbərə görə, Ərəbistanın Yəmənin paytaxtı Sənanın cənubundakı yaşayış məntəqələrinə qarşı hava hücumlarının qurbanlarının sayı 46, yaralılarının sayı isə 341 nəfərə çatıb. 
 
Bu məlumata əsasən, həlak olanların əksər hissəsini uşaq və qadınlar təşkil edirlər. 
 
Marib vilayətinin Qaz Elektrik Stansiyasına qarşı hava hücumları Sənada işığın kəsilməsinə səbəb olub. 
 
Həmçinin işığın kəsilməsi bu şəhərdəki xəstəxanalara mənfi təsir göstərib. Bu da ölüm hallarının artmasına səbəb olub.
 
Ərəbistan qırıcıları dünən də Yəmənin müxtəlif şəhərlərini 129 dəfə hədəfə alıblar.

Google+ WhatsApp ok.ru