Amnesty International Səudiyyə Ərəbistanın kaset bombalardan istifadəsinə dair  sənədləri toplayıb

Amnesty International Səudiyyə Ərəbistanın kaset bombalardan istifadəsinə dair sənədləri toplayıb

Amnesty International Səudiyyə Ərəbistanın kaset bombalardan istifadəsinə dair  sənədləri toplayıb. 
 
Maide.Az xəbər verir ki, Amnesty İnternational   elan edib ki,  kaset bombaları Britaniyalı şirkət hazırlayıb və Səudiyyə Ərəbistanına təhvil  verib. 
 
Qeyd edək ki, Amnesty International bir müddət öncə yayımladığı  bəyanatda bildirmişdi ki, Səudiyyə Ərəbistan rejimi  kaset bombalardan istifadə etməklə  Yəmənin müxtəlif bölgələrini  mina sahəsinə çevirib.
 
Bəyanatda Səuidyyə rejiminin qırıcılarının  kaset bombalarından istifadə etdiyini  və bu bombaların  dinc sakinlərinə törədəcəyi təhlükə ilə bağlı xəbərdarlıq edilmişdi. 
 
Amnesty International Səudiyyə Ərəbistanı  kaset bombalarından istifadə etməməyə çağırıb və beynəlxalq ictimaiyyətdən istəyibki Yəməndəki  bu ərazilərin təmizlənməsinə yardım etsinlər. 
 
Xatırladaq ki, bundan öncədə Human Rights Watch  və Beynəlxalq Amnistiya Təşkilatı dəfələrcə Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsini hərbi cinayət olduğunu və bu cinayəti dayandırması haqqında bəyanatlar veriblər. Lakin  Səudiyyə rejimi hələdə Yəməndə dinc sakinlərə qarşı bu silahdan istifadə edir. 
 

Google+ WhatsApp ok.ru