Yəmənli uşaqlar Pan Gi Muna çağırış məktubu ünvanladı

Yəmənli uşaqlar Pan Gi Muna çağırış məktubu ünvanladı

Yəmən uşaqları BMT-nin baş katibinə Səudiyyə Ərəbistanını uşaqların hüquqlarını pozan ölkələr siyahısına salınması barədə çağırış edən məktub göndərib.

Yəmənli uşaqlar adı çəkilən məktubda Səudiyyə Ərəbistanını uşaqların kütləvi qətlini törətdiyini vurğulayıblar. 

Xatırladaq ki, bir müddət öncə BMT rəsmi Ər-Riyadın bu təşkilata maddi yardım etməmək təziyiqi ilə Səudiyyə Ərəbistanının adını uşaqların hüquqlarını pozan ölkələr siyahısından çıxarıb.

Qeyd edək ki, Yəmən paytaxtı Səna vilayəti adminstrasiyası BMT-nin bu ölkədəki ofisinin qarşısında Səudiyyə Ərəbistanını uşaq hüquqlarını pozan ölkələr siyahısından çıxarılmasına qarşı etiraz aksiyası təşkil edib. Etiraz aksiyasında iştirak edənlər Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində həyatını itirən minlərlə uşağın öldürülməsini sübüt edən sənədlər nümayiş etdirib.(eastnews)

Google+ WhatsApp ok.ru