Azərbaycanlı Yəməndən təxliyyə olundu - FOTO

Rusiya Fövqəladə hallar nazirliyinə aid təyyarə Yəmənin münaqişə zonasından 118 nəfəri təxliyyə edib. Onların arasında azərbaycanlı da olub. 
 
Sərnişinlərdən əlavə təyyarədə tibb işçiləri və qurumun psixoloqları da olub.
 
Təxliyyə olunanlar arasında 84 nəfər Özbəkistan və Yəmən vətəndaşları, 13 Rusiya, 8 Ukrayna vətəndaşı var. Digərləri Tacikistan, Moldova və Efiopiya vətəndaşlarıdır.
 
Münaqişə zonasından çıxarılanlardan 17-si uşaqdır.
 
 

Google+ WhatsApp ok.ru