Beynəlxalq Qırmızı Xaç Komitəsi: `Yəməndə vəziyyət getdikcə unudulmuş böhrana çevrilir`

Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri elan edib ki, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü davam etməsi ilə Yəməndə insan faciəsi və humanitar vəziyyət getdikcə ağırlaşır və unudulur. 
Maide.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin regional baş direktoru Robert Mardini də Yəməndəki insan vəziyyətini acınacaqlı və təəssüfləndirici adlandırıb və deyib ki, Yəməndə vəziyyət getdikcə unudulmuş böhrana çevrilir. 
O bu vəziyyəti tənqid edərək bildirib ki, artıq Yəməndə xəstəxanlar təhlükəsiz yer hesab olunmur. “Yəməndə xəstəxanalr dəfələrlə hücuma məruz qalıb və xəstəxanalardakı xəstələr və işçilər bu hücumlar nəticəsində ölüb və ya yaralanıb.  Yəmənə dərman preparatlarının və tibbi avadanlığın gətirilməsinə icazə verilmədiyi üçün xəstəxanalarda böhran yaranıb”. 
Səudiyyə Ərəbistan son bir neçə gün ərzində Yəməndə iki xəstəxananı bombalayıb. 
Təcavüzkar Səudiyyə rejimi 2015-ci ilin mart ayından  Yəmənə hücumları başlayıb. Bu hücumlar nəticəsində 7500 dən çox insan həlak olub, 14 min nəfər isə yaralanıb. /
 

Google+ WhatsApp ok.ru