Təcavüzkar Səudiyyə rejimi Yəməndə daha bir xəstəxananı bombaladı

Təcavüzkar Səudiyyə rejimi Yəməndə Sərhədsiz Həkimlərin tibbi klinikasını bombaladıqdan bir gün sonra ötən gün Bayda  əyalətində digər bir  xəstəxananı bombalayıb. 
Maide.az xəbər verir ki, raket zərbələri nəticəsində xəstəxana tamamilə dağıdılıb. 5 nəfərin həlak olduğu bildirilir. 
Bazar günü Səudiyyə rejim qırıcıları Yəməndə Sərhədsiz Həkimlər qrupu tərəfindən idarə olunan tibbi klinikaya raket hücumu nəticəsində ən azı 4 nəfər həlak olmuşdu.
Beynəlxaq Qırmızı Xaç elan edib ki, Səudiyyə Ərəbistan qırıcıları son bir neçə ay ərzində Yəməndə 100-dən çox tibb məntəqəsi və xəstəxananı bombalayıb. Bildirilib ki, tibbi avadanlıq çatışmamazlığı yaralılar üçün ölüm təhlükəsi yaradır, Yəməndə həkimlər yarı dağılmış və az avadanlıqlarla yaralıları müayinə etsin./
 
 
 
 

Google+ WhatsApp ok.ru