Beynəlxalq Amnistiya Britaniyanın Səudiyyə rejiminə silah satışına etiraz edir

Beynəlxalq Amnistiya Britaniyanın Səudiyyə rejiminə silah satışına etiraz edir

Beynəlxalq Amnistiya insan haqları təşkilatı Böyük Britaniyadan Səudiyyə rejiminə silah satışının bərpa edilməsini tənqid edir və Avropada silah satışının monitorinqi sistemində islahatlara çağırır.
 
Beynəlxalq Amnistiya Böyük Britaniya Ticarət katibi Liz Trassın Səudiyyə rejiminə silah satışını bərpa etməsi ilə əlaqədar verdiyi açıqlamaya cavab olaraq, Ər-Riyada silah ixracına qadağa qoymağa çağırıb.
 
Britaniya İcmalar Palatasında çıxış edən Liz Trass, araşdırmalara görə, Səudiyyə rejiminə silah satmaqla bağlı heç bir təhlükənin olmadığını və bu silalardan insan hüquqlarını ciddi şəkildə pozmaq üçün istifadə edilməyin mümkün olmadığını söylədi. Hüquq müdafiəçiləri Britaniya hökumətinin Səudiyyə rejiminə silah satması qərarını utancverici adlandırıb. Britaniya, Yəmən müharibəsinin başlamasından bu yana, Səudiyyə rejiminə təxminən 5 milyard dollar məbləğində silah satmaq üçün lisenziya vermiş və Səudiyyə rejiminin qüvvələrinin təlimində əhəmiyyətli rol oynamışdır /deyerler.org /
 

Google+ WhatsApp ok.ru